Suriyanın yeni hakimiyyəti Kürdüstan Fəhlə Partiyasının (PKK) ölkənin şimalındakı döyüşçülərindən silahı qeyd-şərtsiz yerə qoymağı tələb edib.
News365.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.
Bildirilib ki, Dəməşqdəki yeni hakimiyyətin nümayəndələri ilə PKK arasında iki görüş keçirilib. Bu görüşlərdə PKK və onun Suriya qolu olan "Xalq Özünümüdafiə Qüvvələri"nin emissarları silahı yerə qoymaq tələbinin müqabilində Suriyanın şimalında ABŞ ilə birlikdə nəzarət etdikləri neft yataqlarının bərabər bölüşdürülməsini, eləcə də yaradılacaq Suriya ordusunda bir diviziya və ya ordu korpusu tələb ediblər.
"Yeni hakimiyyət bu məsələni müzakirə etmədən PKK - "Xalq Özünümüdafiə Qüvvələri"nə silahı qeyd-şərtsiz yerə qoymaq şərtini irəli sürüb", – məlumatda qeyd olunub.