Zaxarova Zelenskinin müsahibəsini “nasizm və terrorizm" adlandırdı

Zaxarova Zelenskinin müsahibəsini “nasizm və terrorizm" adlandırdı
06 Yan 2025 11:53

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti dəfə Ukrayna lideri Volodimir Zelenskini təhqir edib.

O, özünün Telegram kanalkında paylaşım edərək Volodimir Zelenskinin məşhur amerikalı bloger Leks Fridmana müsahibəsində səsləndirdiyi fikirlərini “neonasizm və terrorizmdə ibarət cəhənnəm qarışığı” adlandırıb.

“Növbəti iylənmiş müsahibə 3 saat çəkdi. O, artıq heç nə başa düşmür. Bu hansısa neonasizmin və terrorizmin narkotikli cəhənnəm qarışığıdır”, - Zaxarova yazıb.

Onun sözlərinə görə, Zelenskinin Donald Trampa Rusiya aktivləri hesabına Amerika silahlarını almaq təklifi “Zelenskinin Baydenin Kiyev rejimini möhkəm bağladığı anqlo-saksonlarla köklü korrupsioner əlaqələrini” nümayiş etdirir.

Bir gün əvvəl Zelenski məşhur amerikalı bloger Leks Fridmana uzun müsahibə verib və orada qlobal, daxili siyasətin əsas məsələlərini müzakirə edib. Söhbətin mövzuları Donald Tramp və Vladimir Putinlə danışıqlar, dondurulmuş Rusiya aktivlərinin taleyi, Ukraynada gələcək prezident seçkiləri, eləcə də münaqişənin ilk günlərində Aleksandr Lukaşenkonun gözlənilməz zəngi kimi məsələlər olub.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.


Tural


Youtube kanalımız