Ukrayna Kuraxovoda 12 mindən çox döyüşçü itirib

Ukrayna Kuraxovoda 12 mindən çox döyüşçü itirib
06 Yan 2025 11:45

Rusiya qoşunları Donbasın cənub-qərb hissəsindəki ən böyük yaşayış məntəqəsi olan Kuraxovo şəhərini zəbt edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin Telegram kanalında məlumat verilib.


Qeyd edilib ki, Ukrayna ordusu Kuraxovoda saxladığı şəxsi heyətin 80 faizini (və ya 12 mindən çox insan) itirib.

Rusiya Federasiyasının hərbi məmurlarının məlumatına görə, ümumilikdə Kuraxovonu saxlamaq üçün Ukrayna Silahlı Qüvvələrinin komandanlığı 15 mindən çox hərbçidən ibarət olan 26 batalyon yerləşdiribmiş: "Rus qoşunlarının peşəkar fəaliyyəti nəticəsində düşmən 12 mindən çox itki verdi. Ukrayna Silahlı Qüvvələrinin iki ay davam edən döyüşlərdə gündəlik itkiləri 150-dən 180-ə qədər olub".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız