London meri Sadiq Xanın hərəkətsizliyi ucbatından Britaniya paytaxtı yüksək cinayətlərdən əziyyət çəkir.
News365.az Britaniyanın "GB News" telekanalına istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
Trampın sözlərinə görə, 2016-cı ildə Londonun meri vəzifəsinə başlayan Xanın rəhbərliyi şəhər üçün fəlakət olub:
"O, cinayətə göz yuman rəzil adamdır. Parisdə olduğu kimi, Londonda da polisin yaxınlaşmaq belə istəmədiyi ərazilər var".