BDYPİ sürücülərə çağırış edib

BDYPİ sürücülərə çağırış edib
19:40

Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərində gücləndirilmiş iş rejimində xidmət aparır.

İdarədən News365.az-a verilən xəbərə görə, bayram günlərində əhalinin rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ictimai təhlükəsizliyin qorunması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən gücləndirilmiş iş rejimində fasiləsiz xidmət aparılır.

İdarə vətəndaşları qaydalara əməl etməyə və diqqətli olmağa çağırıb.



Sizin reklam burada
Sizin reklam burada