Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Somaliləndi tanımasını pisləyib.
News365.az xəbər verir ki, o, bu barədə İstanbulda Somali Prezidenti Həsən Şeyx Mahmudla görüşdən sonra birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İsrailin Somaliləndi tanıması qəbuledilməzdir: “Bu cür addımlar regional sülhə, sabitliyə və beynəlxalq hüquqa açıq şəkildə ziddir”.
Ərdoğan qeyd edib ki, Somali Federativ Respublikasının və Somalilənd bölgəsinin gələcəyi ilə bağlı qərarlar bütün somalililərin iradəsini əks etdirən şəkildə verilməlidir: “Somalinin ərazi bütövlüyünü və siyasi birliyini qətiyyətlə dəstəkləməyə davam edəcəcəyik və bu müddət ərzində Somali xalqını dəstəkləyəcəyik”.