Məmməd Alpayın məhkəməsi başlayır

Məmməd Alpayın məhkəməsi başlayır
17:05

"Seçki Müşahidə" Alyansının rəhbəri Məmməd Məmmədzadənin (Məmməd Alpay) məhkəməsi başlayır.

News365.az xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası 8 yanvara təyin edilib.

Qeyd edək ki, Məmməd Məmmədzadə Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittihanm irəli sürülüb və bu il martın 14-ü Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.



Sizin reklam burada
Sizin reklam burada