Azərbaycan Prezidenti İlham Əliyev Həsən Sultan oğlu Zeynalov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.
News365.az məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən, H.Zeynalov bu ordenlə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, Həsən Zeynalov Azərbaycanın Türkmənistan və Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri olub.