Ukrayna sərhəd kəndlərini TƏCİLİ TƏXLİYƏ EDİR

Ukrayna sərhəd kəndlərini TƏCİLİ TƏXLİYƏ EDİR
17:44

Ukraynanın Çerniqov vilayətində 14 sərhəd kəndinin məcburi təxliyəsi elan edilib.

News365.az xəbər verir ki, bu barədə Çerniqov Regional Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çaus bildirib.

Onun sözlərinə görə, bu kəndlər Çerniqov vilayətinin Novqorod-Siverska, Semenivska, Snivska və Qorodnyanska icmalarına aiddir.

"Sərhəd ərazisi hər gün atəşə tutulur. Real təhlükəyə baxmayaraq, orada hələ də 300 nəfər yaşayır. Lakin bu il sərhəd ərazisini bir qədər çox 1400 sakin tərk edib", - deyə o, Telegram kanalında yazıb.

Təxliyənin 30 gün ərzində başa çatacağı gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada