Tokayev ölkədə cinsi azlıqları qadağan etdi – TV, media, heç yerdə görünə bilməzlər

Tokayev ölkədə cinsi azlıqları qadağan etdi – TV, media, heç yerdə görünə bilməzlər
30 Dek 2025 23:00

Qazaxıstan Prezident Kasım-Jomart Tokayev  “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” qanunu imzalayıb.

News365.az xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.

Daha əvvəl Qazaxıstan Senatı sənədi iki oxunuşda təsdiqləmişdi. Qanun uşaqların onların sağlamlığına və inkişafına zərər verən məlumatlardan, o cümlədən pedofiliya və qeyri-ənənəvi cinsi orientasiya təbliğatından qorunmasına yönəlib.

Dəyişikliklər uşaq hüquqları, reklam, rabitə, mədəniyyət, təhsil, kinematoqrafiya və KİV haqqında qanunlar da daxil olmaqla, doqquz əsas qanunu əhatə edir. Qanunvericiliyə “Qeyri-ənənəvi orientasiya təbliğatı” anlayışı daxil edilir və onun KİV-də, onlayn platformalarda və telekommunikasiya şəbəkələrində yerləşdirilməsinə məhdudiyyətlər qoyulur


Sizin reklam burada
Sizin reklam burada