2 tramvay toqquşdu - Yaralılar var

2 tramvay toqquşdu - Yaralılar var
16:40

Belçikanın Anvers şəhərində iki tramvayın toqquşduğu bildirilib. Qəzada 9 nəfər yaralanıb.

News365.az xarici mediaya istinadən xəbər verir ki, Anversin Zwijndrecht bölgəsinə doğru hərəkət edən 5 və 9 nömrəli xətdəki iki tramvay yerli vaxtla səhər saat 08:30 radələrində toqquşub.

Halewijnlaan bölgəsi yaxınlığında baş verən qəzada, hər iki tramvayın sürücüsü və 7 sərnişin yaralanıb. Rəsmi qurumlar, yaralıların heç birinin həyati təhlükəsinin olmadığını açıqlayıb.

Qəza nəticəsində 3, 5, 9 və 15 nömrəli tramvay xətlərində gecikmələr yaşanıb, hadisənin səbəbləri ilə bağlı araşdırma başlanılıb.


Sizin reklam burada
Sizin reklam burada