Qarşıdan gələn bayram tətili günlərində Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkət intensivliyinin azalması fürsətindən yararlanaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılacaq cari təmir işləri çərçivəsində 2 yanvar saat 00:00-dan dan etibarən Xətai prospekti ilə Əbdüləzəl Dəmirçizadə küçələrinin kəsişməsindən Heydər Əliyev prospektinin başlanğıcına kimi olan hissədə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
News365.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
"Yol bağlanmır. Hərəkətin məhdudlaşdırılması işlər bitənə qədər, qısa müddət ərzində qüvvədə olacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifafə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.