Tramp Hindistanı Rusiya nefti almaqda ittiham etdi

Tramp Hindistanı Rusiya nefti almaqda ittiham etdi
10:35

ABŞ Prezidenti Donald Tramp Hindistanı Rusiya neftini alıb bazarda yüksək qiymətə satmaqda ittiham edib. 

News365.az  xarici mediaya istinadən xəbər verir ki, Tramp bildirib ki, Hindistanın bu hərəkətləri ABŞ üçün qəbuledilməzdir və bunun müqabilində Hindistana qarşı tarifləri artıracağını vurğulayıb.

Trampın baş müşaviri Stiven Miller Hindistanı Rusiyadan neft almaqla Moskvanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirməkdə ittiham edib. Miller, Hindistanın ABŞ məhsullarına yüksək tarif tətbiq etməsini də tənqid edib, bunun iki ölkə arasındakı münasibətlərə zidd olduğunu bildirib.

Hindistan hökuməti məsələyə dair hələlik açıqlama verməyib.


Sizin reklam burada
Sizin reklam burada