"Tramp-Çin görüşü: İqtisadi məsələlər və nadir torpaq metalları gündəmdə"- AÇIQLAMA

"Tramp-Çin görüşü: İqtisadi məsələlər və nadir torpaq metalları gündəmdə"- AÇIQLAMA
13:50
"Tramp-Çin görüşündə iqtisadi məsələlər və nadir torpaq metalları müzakirə olunub".

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl News365.az-a açıqlamasında bildirib ki, ABŞ sabiq prezidenti Donald Tramp ilə Çin lideri arasındakı son görüşdə əsas diqqət iqtisadi məsələlərə yönəlib.

Ekspertin sözlərinə görə, görüşdə nadir torpaq metalları, yüksək səviyyəli çiplərin mübadiləsi və ümumi iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin, Rusiya-Ukrayna münaqişəsi ilə bağlı tətbiq olunmuş sanksiyalar kontekstində Trampın Çinlə əməkdaşlıq imkanlarını dəyərləndirdiyi qeyd olunub.

İlham İsmayıl bildirib: «Görüşə qədər son 9 ay ərzində yalnız üç telefon danışığı həyata keçirilib. Görüş əsasən iqtisadi məsələlər üzərində qurulub, o cümlədən nadir torpaq metalları və çiplərin mübadiləsi məsələləri müzakirə olunub. Eyni zamanda tarixlər, TikTok və digər strateji məsələlər də gündəmdə olub. Görüşdə ilkin nəticələr əldə olunub, amma qarşı tərəfdən istənilən nəticələr tam şəkildə alınmayıb».

Ekspert əlavə edib ki, Tramp hər görüşdən sonra optimist açıqlamalar verib və gələcəkdə əməkdaşlığın daha da yaxşı olacağını vurğulayıb. Görüş zamanı bəzi tariflərdə 10% endirim əldə edilsə də, ekspertin fikrincə, qarşı tərəfin tam razılığı əldə olunmayıb.

Sizin reklam burada
Sizin reklam burada