Tramp ABŞ-nin Avropadakı qüvvələrini ixtisar etməyi düşünməyə hazırdır

Tramp ABŞ-nin Avropadakı qüvvələrini ixtisar etməyi düşünməyə hazırdır
14 Avq 2025 23:45

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həlli üçün gələcəkdə Avropadakı Amerika hərbçilərinin sayını azaltmaq barədə düşünməyə hazır olduğunu bildirib.

News365.az xəbər verir ki, bunu amerikalı lider Ağ Evdə jurnalistlərlə söhbətində deyib.

“Bu sual mənim qarşımda qaldırılmayıb, sonra fikirləşərəm, amma mənə bu barədə sual verilməyib” deyə vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada