İran yeni silahları sınaqdan keçirib.
News365.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Arakçı Qətərin “Əl Cəzirə” telekanalına müsahibəsində deyib.
"Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yenilərini sınaqdan keçirmişik. İranın silahlı qüvvələri ən yüksək hazırlıq səviyyəsindədir", - Arakçı qeyd edib.