Tramp: “Putini yalnız mən dayandıra bilərəm!”

Tramp: “Putini yalnız mən dayandıra bilərəm!”
23 Mar 2025 10:55

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında müharibənin daha da gərginləşməsinin qarşısını almaq üçün göstərilən səylərin “nəzarət altında” olduğunu bildirib. "Bloomberg" yazır ki, o, bunu Outkick-ə müsahibəsində deyib.


Tramp vurğulayıb ki, onun Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə “yaxşı” münasibətləri döyüşlərə son qoymaq üçün danışıqların açarı ola bilər.


"Bunu dayandıra bilmək çox gözəl olardı. Mən deyərdim ki, bunu başqa heç kim edə bilməz. Heç kim...", - Tramp deyib.

Tramp qeyd edib ki, o, Putini “çox yaxşı” tanıyır.

"Mən prezident olanda Putin heç yerə girib işğal etmədi. O, Krımı tutdu, Buş prezident olanda da, Obama prezident olanda da Gürcüstanda torpaq zəbt etdi və hər şeyi almağa çalışır... Düşünürəm ki, dünyada məndən başqa onu dayandıra biləcək kimsə yoxdur və həm də  ümid edirəm mən onu dayandıra biləcəyəm", - Tramp deyib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural


Sizin reklam burada
Sizin reklam burada