Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qazaxıstan lideri Kasım-Jomart Tokayevi ən yüksək dərəcəli “Dostluq” ordeni ilə təltif edib.
News365.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin saytında məlumat yerləşdirilib.
Mükafatlandırma mərasimi Kuksaroy iqamətgahında baş tutub. Mükafatı təqdim edən Mirziyoyev Tokayevin qardaş xalqlar arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqliyin möhkəmləndirilməsində şəxsi nailiyyətlərini qeyd edib.