Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
News365.az xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
2. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. “20 Yanvar” dairəsində;
6. Babək prospekti, mərkəz istiqamətində;
7. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
8. 1-ci Göl kənarı küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.