Aparıcının “Ayanın könlünü almaq üçün nə etmək olar?” sualına münasibət bildirən sənətçi qeyd edib ki, onun könlünü qırmaq asan deyil:
“Mənim könlümü kim qıra bilər ki, kim də alsın? Heç kim mənim könlümü qıra bilməz. Mən öz təkliyimlə xoşbəxt olan insanam və tək qalmaqdan qorxmuram”.
Müğənni əlavə edib ki, bəzən susmaq ən doğru cavab olur:
“Mən hər zaman deyirəm, susmaq da bir cavabdır. Mən də susmuşam. Qarşı tərəf də görüb ki, artıq cavabım bəllidir”.