Oman körfəzində gərginlik: konteyner gəmisi atəşə tutuldu

Oman körfəzində gərginlik: konteyner gəmisi atəşə tutuldu
11:39

İran qüvvələrinin Oman körfəzi akvatoriyasında konteyner gəmisinə müdaxilə etdiyi iddia olunur.

News365.az-ın məlumatına görə, hadisəyə səbəb kimi gəminin verilən xəbərdarlıqlara əməl etməməsi göstərilir. Bildirilir ki, insident zamanı gəmi hədəfə alınıb və daha sonra ona qarşı inzibati tədbir görülüb.

Məlumatı Böyük Britaniya Dəniz Ticarət Təşkilatı da təsdiqləyərək, Ərəbistan dənizi istiqamətində konteyner gəmisinə atəş açıldığını açıqlayıb.

Hadisədən sonra ekipaj üzvlərinin təhlükəsiz olduğu bildirilsə də, gəminin ciddi ziyan gördüyü qeyd edilir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada