FHN mülki müdafiə məşqi keçirdi - VİDEO

FHN mülki müdafiə məşqi keçirdi - VİDEO
11:58

Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzi Salyan regional “ASAN Xidmət” Mərkəzində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda obyekt mülki müdafiə məşqi keçirib.

News365.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, məşqə nazirliyin Muğan Regional Mərkəzinin, Salyan rayon Yanğından Mühafizə Hissəsinin, Salyan regional “ASAN Xidmət” Mərkəzinin və TƏBİB-in tabeliyində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Salyan rayon stansiyasının müvafiq qüvvələri cəlb olunub.

Mülki müdafiə məşqinin keçirilməsində məqsəd müəssisə əməkdaşlarının mülki müdafiə sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi və bu sahədə onlara əməli vərdişlərin aşılanması olub.

Tədbir zamanı müəssisənin müvafiq heyətinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyəti yoxlanılıb.

Uğurla keçirilmiş məşqdə funksional vəzifələrlə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.


Sizin reklam burada
Sizin reklam burada