Jurnalist Azər Rəşidoğlu sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
O, “ChatGPT ilə hər gün mübahisə edirəm” deyərək, süni intellektlə dialoqunu zarafatla təsvir edib.
Paylaşımında jurnalist qeyd edib ki, verdiyi suallara aldığı cavablar bəzən onun gözləntilərini doğrultmur:
“Bəlkə dünyada yeganə adamam ki, hər gün ChatGPT ilə dava edirəm. Soruşuram: ‘Eşq nədir bilirsən?’ O isə başlayır mənə dərs keçməyə…”
Azər Rəşidoğlu əlavə edib ki, bu dialoqlar bəzən zarafatlı mübahisəyə çevrilir və “yenə də anlaşa bilmirlər”.