Müğənni Aysun İsmayılova qatıldığı televiziya proqramında şəxsi həyatı ilə bağlı diqqət çəkən açıqlamalar verib.
News365.az xəbər verir ki, sənətçi övladının ikinci evliliyindən olması onun üçün daha doğru seçim kimi gördüyünü bildirib:
“Yaxşı ki, mənim övladım ilk evliliyimdən yox, ikinci evliliyimdəndir. Əks halda çox peşman olardım. Allah bilib niyə verməyib”.
Aysun İsmayılova əlavə edib ki, övladının gələcəyi ilə bağlı müsbət düşüncələri var:
“Mənim övladım savadlı, ziyalı ailədən olub. Ona görə də düşünürəm ki, çox tərbiyəli və savadlı olacaq. Pis vərdişlərə meyilli olmayacaq”.
Müğənni fikirlərini davam etdirərək genetik amillərin də önəmli olduğunu vurğulayıb və bu məsələdə öz baxışını ifadə edib.
News365.az