Tanınmış jurnalist, Diasporla İş üzrə Dövlət Komitəsinin Media, kommunikasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızına ağır itki üz verib. O, anasını itirib.
News365.az xəbər verir ki, bu barədə Vəsilə
Vahidqızı özünün Facebook səhifəsində paylaşım edib.
Paylaşımda
deyilir:
“Anam
müharibə görmüşdü, əsgərlər anası olmuşdu, həmişə qorxurdu, hər zaman narahat
idi. Onun pəncərədən baxıb övladlarını gözləməsini min dəfə görmüşdüm. Bir neçə
saatdır biz pəncərədən onu apardıqları yola baxırıq. Əbədiyyətə gedən yola. Ana
hansı yaşda olur, olsun, onu itirmək çox ağır imiş”.
Allah rəhmət
eləsin!
News365.az