"TikTok" populyar trendi qadağan etdi

"TikTok" populyar trendi qadağan etdi
03 İyn 2025 13:25

"TikTok" sosial media platforması ekstremal arıqlama metodlarını təşviq edən və psixoloji sağlamlıq baxımından təhlükəli hesab edilən "SkinnyTok" həştəqini qlobal miqyasda qadağan edib.

Kp.ru-nun yaydığı məlumata görə, bu qərar Avropa Komissiyası və Fransanın rəqəmsal tənzimləyicisi "Arcom" tərəfindən səsləndirilən ciddi narahatlıqlardan sonra verilib.

Söhbət platformada sürətlə yayılan və gəncləri təhlükəli pəhrizlərə, ekstremal çəki itirməyə və qeyri-etik davranışlara təşviq edən videolardan gedir.

"SkinnyTok" həştəqinin artıq qeyri-sağlam arıqlama məzmunu ilə əlaqələndirildiyini nəzərə alaraq, onun axtarış nəticələrini blokladıq", - deyə "TikTok"un rəsmi nümayəndəsi Paolo Ganino qeyd edib.

Şirkətin bildirdiyinə görə, qərar "TikTok"un platformada təhlükəli trendləri aradan qaldırmaq və istifadəçiləri qorumaq məqsədilə həyata keçirdiyi müntəzəm təhlükəsizlik təhlilinin bir hissəsidir.



Sizin reklam burada
Sizin reklam burada