Tiflisdəki aksiyalarda 143 polis xəsarət aldı

Tiflisdəki aksiyalarda 143 polis xəsarət aldı
03 Dek 2024 21:28

Tiflisdəki etiraz aksiyalarında Daxili İşlər Nazirliyinin 143 əməkdaşı xəsarət alıb.


News365.az xəbər verir ki, bunu Gürcüstan Daxili İşlər Nazirliyinin müavinı Aleksandr Darahvelidze brifinqdə bildirib.


“Nazirlik hər bir polis əməkdaşının həyatının qorunması üçün bütün tədbirləri görür. Pirotexnikanın istifadəsi xüsusilə təhlükəlidir, çünki bu, çox ağır xəsarətlərə səbəb olur”, - Darahvelidze deyib.


O, etirazçılara zorakı hərəkətləri dayandırmağa və qanunu pozmamağa çağırıb.


Youtube kanalımız