"Zelenskini ictimai edam gözləyir!" - Medvedev

"Zelenskini ictimai edam gözləyir!" - Medvedev
12:14

"Ukrayna lideri Vladimir Zelenski siyasi taleyini biabırçılıq və mühacirətlə başa vuracaq".

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında yazıb.

O, qeyd edib ki, Zelenski də bəziləri kimi “ictimai edam”la üzləşə bilər.

“Zelenskinin gələcək taleyi tamamilə aydındır: biabırçı siyasi mühacirət və ya ictimai edam”, - o vurğulayıb.

Medvedevin sözlərinə görə, Ukrayna lideri “hakimiyyətən getməli və yoxa çıxmalıdır”.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız