Tramp müdafiə naziri postuna namizədi DƏYİŞİR

Tramp müdafiə naziri postuna namizədi DƏYİŞİR
12:25

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Pentaqonun rəhbəri postuna daha bir namizədin adını nəzərdən keçirir. 

News365.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumatlı mənbələrə istinadən yazıb.  Məlumata görə, Tramp bir müddət öncə ABŞ müdafiə naziri vəzifəsinə namizədliyi irəli sürülən Pit Heqsetin yerinə Florida ştatının qubernatoru Ron DeSantisin namizədliyini irəli sürmək imkanını nəzərdən keçirir. 

Nəşrin yazdığına görə, həm respublikaçı senatorlar, həm də demokrat konqresmenlər Heqsetin namizədliyindən narazı olduqları üçün Tramp kabinetdə növbəti dəyişiklik barədə düşünür.  Mənbələrə görə, DeSantis əvvəllər keçid komandasının Trampa təqdim etdiyi müdafiə nazirliyinə namizədlər siyahısında olub, lakin qalib gəlmiş prezident Heqsetti seçib. Nəşrin həmsöhbətləri hesab edirlər ki, qarşıdakı 48 saat yəqin ki, Heqset üçün həlledici olacaq. 

DeSantisə Pentaqonun rəhbəri vəzifəsinə mümkün namizədlik barədə artıq məlumat verilib. 

O, Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq üçün Trampın rəqibi idi. Yanvarın sonunda o, yarışdan çıxdığını bəyan edib və keçmiş rəqibini dəstəkləyib.Modern.az


Youtube kanalımız