Rusiya əsirlikdə işgəncələrə məruz qalan Dneprorudnı şəhərinin meri Yevgeni Matveyevin cəsədini qaytarıb. Bu barədə Zaporojye Vilayət Hərbi İdarəsi məlumat yayıb.
O, yaşadı, işlədi və işğalçıların əlində mənən sınmadan öldü. Dneprorudnı şəhərinin meri Yevgeni Matveyev 2 il 8 ay idi ki, Rusiya əsirliyində idi. Sonuncu əsir mübadiləsi zamanı onun meyiti Ukraynaya təhvil verilib", - məlumatda yazılıb.
Qeyd olunub ki, şəhər ictimaiyyəti Matveyevi üç dəfə Dneprorudnıya meri seçib. O, bu vəzifədə olarkən Rusiya Federasiyasının Ukraynada genişmiqyaslı işğalı zamanı əsir götürülüb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.