Texnoloji tərəqqidən doğan müsbət təsirlərin geniş yayılması üçün nə etmək lazımdır? - TƏHLİL

Texnoloji tərəqqidən doğan müsbət təsirlərin geniş yayılması  üçün nə etmək lazımdır? - TƏHLİL
09:44
Azərbaycan iqtisadiyyatını modernləşdirmək və texnoloji yeniliklərin tətbiqi ilə inkişafını sürətləndirmək məqsədilə səlahiyyətli olan qurumlar və mütəxəssislər, Daron Acemoğlunun “Власть и прогресс” əsəri ilə yaxından tanış olmalıdırlar. Müəllif əsərdə tarixi nümunələr əsasında vurğulayır ki, texnoloji yeniliklər düzgün idarə olunmadıqda, gözlənilən iqtisadi yüksəliş əvəzinə böyük kütlələrin gəlirlərini itirməsi və nəticədə dərin iqtisadi böhranlar yarada bilər.
Acemoğlu, müxtəlif dövrlərə nəzər salaraq, texnoloji inqilabların ictimai rifaha həm müsbət, həm də mənfi təsirlər göstərə bildiyini qeys edir. Məsələn, sənaye inqilabının ilk mərhələlərində bir çox insanın iş yerlərini itirməsi ilə yanaşı istehsal həcminin artması yeni imkanlar və bazarlar meydana çıxartmışdır. Beləliklə, texnoloji yeniliklər rifahı yüksəltməklə yanaşı, bərabərsizlik riskini də artıran əsas amil ola bilər. Müəllif hesab edir ki, yeni texnologiyaların tətbiqi zamanı onların sosial və iqtisadi aspektlərinin doğru qiymətləndirilməsi vacibdir.
Bu prizmadan baxdıqda, ölkəmizdə aparılan hər bir texnoloji islahat təkcə iqtisadiyyatın modernləşməsi amili kimi deyil, həm də sosial rifaha təsir edən əsas komponent kimi nəzərdən keçirilməlidir. Əhalinin geniş təbəqəsinin bundan faydalanması üçün dövlət qurumları, sahibkarlar, elmi-tədqiqat institutları və təhsil müəssisələri arasında sıx əməkdaşlıq tələb olunur. Texnoloji yeniliklərin hərtərəfli hüquqi və institusional dəstəklə müşayiət edilməsi, eyni zamanda bu prosesin ədalətli paylaşmanı qoruyub saxlamağı hədəfləməsi xüsusi əhəmiyyət kəsb edir.
Nəticə etibarilə, texnoloji tərəqqidən doğan müsbət təsirlərin geniş yayılması və mənfi fəsadların azaldılması üçün planlı addımlar atmaq lazımdır. Acemoğlunun “Власть и прогресс” əsərindən öyrəniləcək əsas dərs ondan ibarətdir ki, istənilən innovasiya dalğası, yalnız müvafiq tənzimləmə və inklüziv siyasət tətbiq olunduqda, davamlı iqtisadi yüksəlişi təmin edə bilər. Bu halda həm milli iqtisadiyyat, həm də cəmiyyət ümumi rifaha və daha sağlam sosial-iqtisadi inkişafa nail ola bilər.
Aqil Məmmədov, ekspert

Sizin reklam burada
Sizin reklam burada