Tərtərdə baş verən qəzadan görüntülər: YENİLƏNDİ - FOTO+VİDEO

Tərtərdə baş verən qəzadan görüntülər: YENİLƏNDİ - FOTO+VİDEO
15:40

Martın 11-də saat 21:20 radələrində Tərtər rayonunda baş yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

News365.az xəbər verir ki, bu barədə TƏBİB-dən apa-nın sorğusuna cavab olaraq bildirilib.

    Məlumata görə, onlardan 1995-ci il təvəllüdlü şəxsə qamış sümüyü cisminin sınığı, döş qəfəsinin əzilməsi, yanaq və gicgah çənə nahiyəsinin açıq yarası, ayaq daraq sümüklərinin sınığı, 2003-cü il təvəllüdlü şəxsə başın digər nahiyələrinin açıq yaraları, 2003-cü il təvəllüdlü şəxsə biləyin və əlin açıq yarası diaqnozları təyin edilib.

    Zəruri tibbi xidmət göstərildikdən sonra 2003-cü il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb.

    Digər 2 nəfər isə Mingəçevir şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə edilib.

    Qeyd edək ki, hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

    ***

    Tərtər rayonunda bu gecə ağır yol-nəqliyyat hadisəsi baş verib.

    News365.az xəbər verir ki, hadisə rayon mərkəzində, 6 nömrəli məktəbin qarşısında qeydə alınıb.

    Hadisə VAZ-2107 və VAZ-21011 markalı minik avtomobillərinin toqquşması səbəbindən baş verib.

    Hadisə nəticəsində Bərdə rayon sakini, 2001-ci il təvəllüdlü Yaqub İsbəndiyarov dünyasını dəyişib.

    Tərtər rayon sakini, 2003-cü il təvəllüdlü Emil Ağayev, Ağdam rayon sakini 1995-ci il təvəllüdlü Cəsarət Abışov və Ağdam rayon, Orta Qərvənd kənd sakini, 2003-cü il təvəllüdlü Ümid Xıdırov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.




    Sizin reklam burada
    Sizin reklam burada