Krım, "DNR", "LNR"-in, eləcə də Xerson və Zaporojya vilayətlərinin Rusiyanın əraziləri kimi beynəlxalq səviyyədə tanınması Ukraynadakı münaqişənin həlli üçün imperativdir. Bunu Braziliyanın “O Globo” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Rusiyanın Krım, Sevastopol, "DXR", "LNR", Xerson vilayəti və Zaporojye üzərində mülkiyyətinin beynəlxalq səviyyədə tanınması mütləqdir. Kiyevin bütün öhdəlikləri hüquqi cəhətdən təmin edilməli, onlar icra mexanizmlərinə malik olmalıdır", - nazir deyib.
Lavrov vurğulayıb ki, Rusiyanın Ukrayna ilə yaşadığı münaqişənin həllinə dair bütün mövqeləri çoxdan bəllidir. Söhbət Ukraynanın NATO-ya üzvlüyünün və onun neytral statusunun qəbuledilməzliyi, habelə 2014-cü ilin fevralında çevriliş nəticəsində formalaşmış “neonasist rejiminin nəticələrinin aradan qaldırılması”ndan gedir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural