"İrəvan küçələri döyüş meydanını xatırladır" - Stepanyan

"İrəvan küçələri döyüş meydanını xatırladır" - Stepanyan
13:05

İrəvan Ağsaqqallar Şurasının “Ana Ermənistan” fraksiyasının üzvü Gevorq Stepanyan “Facebook” sosial şəbəkəsindəki hesabında diqqət çəkən paylaşım edib. O, ölkəsində yaşanan ağır iqtisadi böhranın yollardakı vəziyyətə də sirayət etməsinə işarə vuraraq yazıb:  “İrəvan şəhəri dərin idarəçilik böhranını yaşamaqda davam edir”.

Siyasətçi paylaşımına paytaxt küçələrinin xarabalıqları xatırlatmasını əks etdirən fotolar da əlavə edib. O qeyd edib ki, asfalt vurmağı “trend”ə çevirən səriştəsizlər (hakim partiyanı nəzərdə tutur-red.) şəhərin küçələrini sanki müharibə meydanını xatırladan bir əraziyə çeviriblər.

"Vətəndaşların çoxsaylı müraciətlərinə cavab olaraq demək istəyirəm ki, əziz həmvətənlər, sizin avtomobillərinizə dəymiş ziyana və maliyyə xərclərinə görə heç bir sığorta şirkəti məsuliyyət daşımayacaq.

İrəvan şəhəri adi çuxur doldurma işlərini belə yerinə yetirə bilməyən qrupun əlindədir",- o yazıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada