Ukrayna Silahlı Qüvvələrinin 414-cü briqadasının komandiri televiziya vasitəsilə Ukrayna prezidenti Vladimir Zelenskini açıq şəkildə hədələyib. Bu barədə tanınmış irlandiyalı jurnalist Çey Bouz "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Ukrayna ordusunun briqada komandiri Ukrayna televiziyasında Zelenskini açıq şəkildə hədələyir. O, öz liderinə Rusiya ilə danışıqlara getməməsi, əraziləri təhvil verməməsi barədə xəbərdarlıq edir", - jurnalist paylaşımında qeyd edib.
Bouz həmçinin öz səhifəsində teleşounun efirində bir neçə nəfərin Ukrayna Silahlı Qüvvələrinin 414-cü briqadasının komandirinin Zelenskiyə ünvanladığı sözləri dinləməsini əks etdirən videonu da yerləşdirib.
İrlandiyalı jurnalist Ukraynanı hüquqsuz ölkə adlandıraraq, hərbçilərin öz şərtlərini prezidentə diktə etməsindən təəccübləndiyini bildirib.
Tural