Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.
Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Şıxımlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, sürücü Ruslan Mustafayevin idarə etdiyi “VAZ 2106” markalı avtomaşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.
Nəticədə avtomobil yoldan şıxaraq aşıb. Qəza zamanı avtomobildə olan sərnişinlər sürücünün oğlu 14 yaşlı Vidadi Mustafayev və 37 yaşlı Sahil Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.