“2015-ci ildə
təhsilə ayrılan 1 milyard 711 milyon manatlıq xərc 2025-ci ildə 4 milyard 937
milyon 283 min manata çataraq təxminən 3 dəfəyə qədər artdı və 5 milyarda
yaxınlaşdı. Ümumiyyətlə isə, 2015–2025-ci illər ərzində dövlət büdcəsindən
ümumilikdə təhsilə 33 milyard 961 milyon 974 min manat ayrılıb”.
Bunu News365.az-a açıqlamasında
iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, bu böyük məbləğ
müəllimlərin artan əməkhaqlarına, məktəb və universitetlərin saxlanmasına, yeni
təhsil müəssisələrinin tikintisi və əsaslı təmirinə, dərsliklərin
hazırlanmasına, laboratoriya və texnoloji avadanlıqların alınmasına yönəlib.:
“Eyni
zamanda bu xərclərə sertifikasiya imtahanlarının təşkili və nəticəsində müəllim
maaşlarının artırılması da daxildir. Yəni ayrılan vəsait təkcə mövcud təhsil müəssisələrinin
saxlanmasına yox, həm də müəllimlərin peşəkarlığının yüksəldilməsinə, yeni
metodların tətbiqinə və tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir.
Amma qarşıya qoyulmuş hədəflərə nə dərəcədə nail olunur, bu bu sualıa artıq bu
sahənin peşəkarları cavab verməlidir.
Bizsə bir
daha onu qeyd edək ki, təhsil yalnız fərdin inkişafı üçün deyil, dövlətin
iqtisadi gücü üçün də strateji əsasdır. Çünki təhsilin güclü olduğu yerdə
iqtisadiyyat da güclü olur, innovasiyalar inkişaf edir, rəqabət qabiliyyəti
artır. Buna görə də yeni tədris mövsümündə bütün təhsil ictimaiyyətinə bir daha
uğurlar arzulayırıq”.
News365.az