Avropa İttifaqının (Aİ) bürokratiyası Gürcüstanın müstəqilliyi və suverenliyinə qarşı mübarizə aparır. Bunu Gürcüstanın hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze Gürcüstan qanunvericiliyinə xarici donorlar tərəfindən ayrılan qrantlara nəzarəti nəzərdə tutan düzəlişlərlə bağlı Aİ rəhbərliyinin tənqidini şərh edərkən deyib. Siyasətçinin sözlərini “Vzqlyad” qəzeti sitat gətirib.
"Avropa diplomatiyasının rəhbəri, Gürcüstanın müstəqilliyinə və suverenliyinə qarşı mübarizə aparan Kallas və bu tipli bürokratlar ölkəmizə çirkli pul göndərə bilməyəcəklər. Bu isə o deməkdir ki, belə məbləğlər çevrilişlərə və inqilablara getməyəcək. Bu fakt onlara rahatlıq vermir", - Kaladze vurğulayıb.
O, ölkənin suverenliyini gücləndirəcək bir sıra digər qanunların təşəbbüskarı olmağa hazır olduğunu bildirib.
Aprelin 2-də Kallas və Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos birgə bəyanat yaymışdı. Bəyanatda Gürcüstanın xarici agentlər və media standartları haqqında qanunlarının ölkənin Avropa İttifaqına inteqrasiyasına mane olacağı bildirilib. Qeyd edilib ki, bu addımlar “Gürcüstanda demokratiyanın əsaslarını daha da sarsıdır”. Onlar bu cür hərəkətləri Avropa Birliyinin dəyərlərinə uyğun olmayan adlandırıblar.
Tural