Tarixi dönüş nöqtəsi: Bakı–İrəvan münasibətlərində yeni səhifə açılır

Tarixi dönüş nöqtəsi: Bakı–İrəvan münasibətlərində yeni səhifə açılır
14:55

Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri regionda diqqət mərkəzinə çevrilib. İlk dəfə bu formatda reallaşan səfər iki ölkə arasında münasibətlərin normallaşması və yeni əməkdaşlıq imkanlarının formalaşması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.

Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Bu barədə politoloq Zaur Məmmədov News365.az-a açıqlamasında bildirib.


Ekspertin sözlərinə görə, Azərbaycanın rəsmi nümayəndə heyətinin bu formatda Ermənistana səfəri ilk dəfə baş tutur və bu, tərəflər arasında münasibətlərin normallaşması istiqamətində atılan mühüm addımdır. O qeyd edib ki, səfər çərçivəsində müxtəlif istiqamətlər üzrə müzakirələr aparılıb, o cümlədən regionlara səfərlər, iş adamları arasında görüşlər və iqtisadi əməkdaşlıq perspektivləri diqqət mərkəzində olub.

Politoloq vurğulayıb ki, bu təmaslar təkcə siyasi deyil, həm də ticarət və iqtisadi əlaqələrin qurulması baxımından əhəmiyyətlidir və müəyyən ilkin razılaşmaların əldə olunduğunu göstərir.

Zaur Məmmədov əlavə edib ki, yaxın zamanda Ermənistandan nümayəndə heyətinin Azərbaycana səfəri də gözlənilir. Onun sözlərinə görə, qarşılıqlı səfərlər və dialoq Cənubi Qafqazda sabitliyin təmin olunması baxımından mühüm rol oynayır.

Ekspert eyni zamanda qeyd edib ki, regionda sülh prosesinin gələcəyi Ermənistanda keçiriləcək seçkilərin nəticələrindən və hakimiyyətə gələcək siyasi qüvvələrin atacağı addımlardan asılı olacaq. Bu kontekstdə, Nikol Paşinyan-ın seçkilərdən sonra həyata keçirəcəyi siyasətin diqqətlə izlənəcəyi vurğulanıb.

Onun fikrincə, həm regional, həm də beynəlxalq təsirlər fonunda aparılan bu cür görüşlər Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi məqsədi daşıyır və region ölkələrinin öz gələcəklərini müstəqil şəkildə müəyyən etməsi üçün zəmin yaradır.


Sizin reklam burada
Sizin reklam burada