Ermənistanda seçkilərin yekun nəticələri açıqlandı

Ermənistanda seçkilərin yekun nəticələri açıqlandı
19:07

Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərin yekun nəticələrini açıqlayıb.

News365.az xəbər verir ki, bu haqda “Sputnik Ermənistan” məlumat yayıb.

Belə ki, “Vətəndaş müqaviləsi” partiyası 49,7%, “Güclü Ermənistan” 23,2% və “Ermənistan”  9,9% səs toplayıb.

“Çiçəklənən Ermənistan” partiyası isə parlamentə daxil olmaq üçün 4 faizlik baryeri keçə bilməyib. O 3,9% səs əldə edib.

Beləliklə, Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası hökuməti təkbaşına formalaşdıracaq.


Sizin reklam burada
Sizin reklam burada