Boşanmasına görə peşman olmadığını açıq şəkildə dilə gətirən müğənni Nura Suri
diqqətçəkən açıqlamaları ilə gündəm olub.
News365.az xəbər verir ki, sənətçi
etiraf edib ki, keçmiş həyatında maddi rahatlığa həddindən artıq güvənməsi onun
ən böyük səhvlərindən biri olub:
"Çox
səhv etmişəm ki, əvvəllər ancaq brend geyimlər geyinirdim. Hər şey yoldaşımın
qazancı idi, buna o qədər də fikir vermirdim. O vaxt düşünürdüm ki, xoşbəxtəm -
həyat yoldaşım qazanır, istədiyimi alır".
Nura
Suri bildirib ki, əsl xoşbəxtlik insanın öz ayaqları üzərində dayanmasından
keçir:
"Əsl
xoşbəxtlik odur ki, insan özü-özünün ağası olur. Hər şeyi öz qərarınla verirsən
- nə alacaqsan, nə almayacaqsan. Hər şey hazır olanda xoşbəxt görünə bilərsən,
amma Allah uzaq etsin, həyat yoldaşın çətin vəziyyətə düşsə,
"bankrot" olsa və həbs olunsa, sən heç vaxt işləməmisənsə, heç nə
bacarmırsansa, bir neçə uşaqla kimdən asılı qalacaqsan?".
Müğənni
qadınların müstəqil olmasının vacibliyini xüsusi vurğulayıb:
"Qadın
ailə qursa da, qurmasa da, öz ayaqları üzərində dayanmağı bacarmalıdır.
Bacarıqları olmalıdır - tort bişirmək, dərzilik etmək və ya başqa işlər. Saç rəngi,
geyim seçimi kimi məsələlərdə belə qərarı özü verməlidir. Bahalı və ya ucuz -
bunlara qadın özü qərar verməyi uşaqlıqdan öyrənməlidir, ərdən-qardaşdan
soruşmaqla yox".
Nura
Suri həmçinin keçmiş həyatının dəbdəbəli və nüfuzlu olduğunu da gizlətməyib:
"Çox
nüfuzlu ailənin gəlini olmuşam. İranın neft və qaz nazirinin oğlunun həyat
yoldaşı idim. Qayınatamın, yoldaşımın adı Forbes jurnalında yer alırdı".
Sənətçi
bildirib ki, ayrılıqdan sonra əsas məsələ övladlarının həyat səviyyəsini
qoruyub saxlamaqdır:
"Ayrılandan
sonra övladlarını əvvəlki kimi yaşada bilmək öhdəliyin olur. Mən buna
çalışmışam və ayrıldığıma görə peşman deyiləm. Sadəcə bəzən düşünürəm ki,
evlilikdə bəzi sözləri deməyə bilərdim.”
Sonda
isə münasibətlərdə əsas amilin qarşılıqlı anlayış olduğunu vurğulayıb:
"İki insan bir-birinə hüzur verirsə, anlayış varsa, sevgi olmasa belə birlikdə yaşamaq mümkündür. Amma sevgi olub anlayış yoxdursa, dünya dağılsa belə, o ailəni davam etdirmək mümkün deyil".