Tehran Hörmüz boğazı ilə bağlı şərtini açıqladı

Tehran Hörmüz boğazı ilə bağlı şərtini açıqladı
21:34

İran rəhbərliyi qlobal neft ticarətinin əsas marşrutlarından biri olan Hörmüz boğazının yenidən açılması üçün konkret şərt irəli sürüb.

İran Prezident Aparatının kommunikasiya direktorunun müavini Seyid Mehdi Təbatəbai boğazın yalnız Tehranın gəmilərinin tranziti üçün hərbi kompensasiya alacağı təqdirdə açıla biləcəyini bəyan edib.

Təbatəbai ABŞ-nin boğazın bağlanmasına cavab olaraq İranın mülki infrastrukturuna hücum hədələrinə də sərt reaksiya verib. O, Amerika tərəfinin “ümidsizlik və qəzəbdən ədəbsizliyə və cəfəngiyata” əl atdığını vurğulayıb.

Xatırladaq ki, fevralın 28-dən ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlara cavab olaraq Tehran strateji əhəmiyyətli Hörmüz boğazını bağlayıb.



Sizin reklam burada
Sizin reklam burada