“Zorakılığın artması cəmiyyət üçün ciddi təhlükəyə çevrilir”- Fazil Mustafa

“Zorakılığın artması cəmiyyət üçün ciddi təhlükəyə çevrilir”- Fazil Mustafa
18:47

Milli Məclisin deputatı Fazil Mustafa cəmiyyətdə artan zorakılıq hallarına etiraz edib.

News365.az xəbər verir ki, deputat sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə son dövrlər baş verən silahlı hücumlar, partlayışlar və qətl hadisələrinin cəmiyyət üçün ciddi təhlükə yaratdığını bildirib. O qeyd edib ki, cəhalət və xurafat zəminində törədilən bu hadisələr artıq ayrı-ayrı fərdlərin deyil, bütövlükdə cəmiyyətin problemi halına çevrilir.

F.Mustafa vurğulayıb ki, müəllimlərə, həkimlərə və digər ziyalılara qarşı zorakılıq halları artmaqdadır. Onun sözlərinə görə, yüzlərlə insanın ümid yeri olan həkimlərə qarşı belə hücumların baş verməsi böyük faciədir və cəmiyyət bunu biganəliklə izləməməlidir.

Deputat əlavə edib ki, savadlı, təcrübəli mütəxəssislərin qorunmaması və onların dəyərinin düzgün qiymətləndirilməməsi millətin zəifləməsinə gətirib çıxarır. O bildirib ki, hər bir faydalı insanın itkisi ölkənin gücünə və inkişafına ciddi zərbə vurur.

F.Mustafa sonda ağır vəziyyətdə olan həkimin sağalaraq yenidən ailəsinə və peşəsinə qayıtmasını arzulayıb.


Sizin reklam burada
Sizin reklam burada