Surkov "Rusiya genişlənəcək" dedi, ISW təşvişə düşdü

Surkov "Rusiya genişlənəcək" dedi, ISW təşvişə düşdü
23 Mar 2025 11:05

Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri Rusiya prezidenti Vladimir Putinin keçmiş müşaviri Vladislav Surkovun Rusiya ərazisinin “Allahın istədiyi qədər” genişlənəcəyinə dair sözlərindən narahat olduqlarını bəyan ediblər. ISW hesabatında siyasətçinin açıqlamasına daha çox diqqət yönəlib.


Ekspertlər qeyd edirlər ki, Kreml "Ruskiy mir" adlandırılan konsepsiyadan keçmiş SSRİ və Rusiya imperiyasının Rusiya Federasiyasının tarixi torpaqları olması haqda rəvayətləri təbliğ etmək üçün istifadə edir.


Analitiklərin fikrincə, Surkovun sözləri Moskvanın Qərbi zəiflətmək və Rusiyanın qlobal təsirini gücləndirmək üçün Ukraynanı öz təsir dairəsinə daxil etmək niyyəti ilə üst-üstə düşür.

Bundan əvvəl Vladislav Surkov bəyan etmişdi ki, Rusiya “Allahın istədiyi qədər” genişlənəcək. Surkovun fikrincə, "Ruskiy mir" konsepsiyası Rusiyanın həm mədəni, həm informasiya, həm də hərbi, iqtisadi, ideoloji və humanitar təsirinin olduğu hər yerdə yayılır.

Tural


Sizin reklam burada
Sizin reklam burada