Suriyadakı keçmiş rejimin silahlı üzvləri Dəməşq əyalətinin Cdeidet əl-Fadl kəndinin kənarında Baş Təhlükəsizlik İdarəsinin nəzarət-buraxılış məntəqələrindən birinə hücum edib.
News365.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, toqquşma nəticəsində yaralananlar var.
“Dəməşq əyalətinin Cdeidet əl-Fadl kəndinin kənarında keçmiş rejimin qalıqları Baş Təhlükəsizlik İdarəsinin nəzarət-buraxılış məntəqələrindən birinə hücum edərək nəzarət-buraxılış məntəqəsini idarə edən qüvvələrə atəş açıblar, nəticədə onun iki üzvü yaralanıb”, - agentliyin açıqlamasında bildirilir .
Dəməşq vilayətinin təhlükəsizlik rəsmisi polkovnik-leytenant Hussam Əl-Tahhan bildirib ki, insidentdən sonra Suriya qüvvələri insidentdə iştirak edənləri təqib etmək üçün əlavə qüvvələr yerləşdirib. Onun sözlərinə görə, yaraqlılar tutulmalı və məhkəmə qarşısına çıxarılmalıdır.