ABŞ Suriyanın şimal-şərqindən əsgərlərini geri çəkməyə başlayıb və tezliklə bölgədəki səkkiz əməliyyat bazasından üçünü bağlayacaq. Bu barədə "New York Times" (NYT) məlumat yayıb. Nəşr iki yüksək rütbəli amerikalı məmura istinad edib.
Söhbət "Mission Support Site Green Village" və M.S.S. Euphrates bazalarından gedir. Onların bağlanması nəticəsində ABŞ-nin Suriyadakı hərbi kontingenti 2000-dən 1400-ə enəcək.
Üstəlik, iki aydan sonra Amerika komandanlığı daha çox əsgəri ölkədən çıxara bilər. "New York Times"in mənbəsinin məlumatına görə, sonda Suriyada 500-ə qədər hərbçi qalacaq. Eyni zamanda, ABŞ prezidenti Donald Tramp ümumiyyətlə, Suriyada hər hansı kontingentin saxlanılmasının mümkünlüyünə olduqca şübhə ilə yanaşır.
Tural