Prezident FƏRMAN İMZALADI

Prezident FƏRMAN İMZALADI
19 Apr 2025 12:12

Elektron məhkəmə” informasiya sistemi “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə inteqrasiya ediləcək.

News365.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə valideyn-namizədlərin vahid uçotunu apararkən Məhkəmə-Hüquq Şurası üzrə “Elektron məhkəmə” informasiya sistemindən də istifadə edəcək.

Qeyd edək ki, “Elektron məhkəmə” informasiya sistemi üzrə səlahiyyətli qurum dəyişib, Ədliyyə Nazirliyi Məhkəmə-Hüquq Şurası ilə əvəzlənib.


Sizin reklam burada
Sizin reklam burada