Uşaqlarda boğaz əti (adenoid) əməliyyatı adətən 3 yaşdan etibarən həyata keçirilir.
Bu barədə News365.az-a məlumat verən qulaq-burun-boğaz üzrə mütəxəssis Dr. Elvira Yaqubova bildirib ki, əməliyyata tibbi göstəriş olan hallarda 3 yaşdan yuxarı uşaqlarda müdaxilə tövsiyə olunur.
"Lakin müasir tibbin inkişafı nəticəsində artıq bu əməliyyatı 3 yaşından kiçik uşaqlarda da icra etmək mümkündür. Dr. Yaqubovanın sözlərinə görə, belə hallarda uşağın çəkisi ən azı 10 kiloqram olmalı və əməliyyata ciddi tibbi göstərişlər olmalıdır:
“Əməliyyatı yalnız zəruri hallarda və uşaq üçün risk yaratmayacaq şəkildə aparırıq. Əgər uşaqda tənəffüs problemləri, yuxuda nəfəsin dayanması, tez-tez təkrarlanan qulaq infeksiyaları kimi şikayətlər varsa, bu əməliyyata ehtiyac ola bilər,” – deyə mütəxəssis qeyd edib.
Vəfa Vəliyeva, News365.az