Adəm Məmmədovla bağlı qərar verildi

Adəm Məmmədovla bağlı qərar verildi
19 Apr 2025 11:19

Bir müddət əvvəl həmkarının şikayəti ilə həbs edilən tanınmış vəkil Adəm Abbasovun bir neçə sayta və keçmiş müvəkkili Fidan Abbasovaya qarşı şikayətinə baxılıb.

News365.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində qərar qəbul edilib.

Adəm Məmmədov əvvəlki müvəkkili Fidan Abbasovanın onun barəsindəki açıqlamalarını təhqir və böhtan hesab edib. Həmçinin bir neçə saytı da həmin açıqlamaları yaydığı üçün eyni əsasla məhkəməyə verib.

Lakin məhkəmə şikayətdə yazılanları əsaslı saymayıb.

Qərara əsasən Adəm Məmmədovun şikayəti rədd edilib.

Fidan Abbasovanın vəkili Asim Abbasov məhkəmənin çıxardığı qərarı saytımıza təsdiq edib.

Qeyd edək ki, Adəm Məmmədov bir ay əvvəl Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək 6 ay müddətə azadlıqdan məhrum edilib. O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.



Sizin reklam burada
Sizin reklam burada