"Cənub" qoşun qruplarının hərbçiləri daha bir Ukrayna ərazisini zəbt ediblər. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, qondarma "Donetsk Xalq Respublikası"nın (DXR) Şevçenko kəndi zəbt olunub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, rus əsgərlərinin qətiyyətli hərəkətləri yaşayış məntəqəsinin azad edilməsinə əsas səbəb olub.
Bundan əvvəl Rusiya hərbçilərinin "DXR"in Preobrajenka kəndinə hücumu zamanı yaşayış məntəqəsinə gizli şəkildə yaxınlaşmaq üçün pilotsuz uçuş aparatlarından geniş istifadə etdiyi bildirilirdi. Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin bölmələri kəndə doğru irəliləməyə əsas təchizat yolunda mövqe tutaraq başlayıblar.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural